16. oturum
Aşıq qərib yenə şahsənəmə ulaşdı
Ozanlardünyası: aşıq müslümün dəstan özetləmələrinin 2. dönəsi başlandı. Bu başlanış "aşıq qərib ilə şahsənəm" dəstanı oldu. Aşıq qərib bir uzun sürə çətinliklərdən sonra öz sevgilisi şah sənəmə çatır. Bu dəstan təbriz, tiflis və hələb şəhərlərində uz verir. Zənganlı aşıq müslüm bu dəstanı 1670 ci illərdə 6 kaset üzərinə oxuyur. indi bu kasetlər "dədə qurqut" qurumunun arşivində qorunur. 16 . oturum sayılan bu dəstan özeti (26. mayıs.2010) (1389.03.06) aşıq müslümün evində quruldu. Dəstan özeti 33 dəqiqədə bitdi. http://www.ozanlardunyasi.blogfa.com/
Türkiyənin 5 uluslar arası aşıqlar bayramı
Iran aşıqları türkiyə aşıqlar bayramına bəzək verdilər
Ozanlardünyası: Türkiyənin 5 uluslar arası aşıqlar bayramına iran aşıqları qatıldı. 3 gün sürən bu aşıqlar bayramında 200 dən aşırı türkiyəli aşıq yarışdılar. Yarışma dalları atışma, divan, dodaq deyməz, xalq hikayəsi, müəmma idi. Bu şölənə iran aşıqlarından zənganlı aşıq müslüm əsgəri, urmulu aşıq dehqan, salmaslı aşıq mənaf rəncbər qatılmışdılar. Zənganlı məmmət rəzzaqı da bu şöləndə 2 aşıq şerri oxudu. Bu şölən 7-9 mayıs qars şəhərində quruldu. http://ozanlardunyasi.blogfa.com/post-35.aspx
İki oturum bir gündə
Ozanlardünyası: vərğə ilə gülşən, bəhram ilə gülxəndan dəstanlarının özeti bir oturumda qeydə alındı. Vərğə ilə gülşən dəstanı yəmən ilə cəbəl vilayətləri arasında üz verir. Bu dəstanda iskəndər adlı bir şahı da görmək olur. Bəhram dəstanı isə zənganın sultaniyəsindən başlayaraq çin ölkəsində sona çatır.buxara şəhərinin də bu dəstanda adı çəkilir. Bu dəstanların ilxanlı və ya türklərin müslüman olduğu çağlarda yaratması zən olunur. Bir saatlıq sürən bu oturum 17/01/2010 də quruldu. Bu oturum aşıq müslümün onbir və onikinci oturumu ıdı.
http://ozanlardunyasi.blogfa.com/post-30.aspx
Aşıq müslüm haci bəktaşla görüşdü
Ozanlardünyası: zənganlı aşıq müslüm haci bəktaş ozanlar yarışmasının ödül törənındə zəngan havalarını səsləndirdi. Bu ödül törəni 7 aralık 2009 gazi üniversitəsinin memar kəmaləddin salonunda quruldu.
10 cü oturum
Yəmən lə çin ortasında yaranan sevgi dəstanı
Süleyman peyğəmbər dönəmində üz verən aşıq dəstanı bəlli oldu
Ozanlardünyası- zənganli aşıq müslüm: məsüm ilə diləfrüz dəstanı iki rivayət söylənilir. Birincisi islamdan öncə, o biri isə islamdan sonranı qapsayır. Bu dəstan çin ilə yəmən arasında üz verən bir aşıq dəstanı dır. Islamdan öncə deyilən dəstan süleyman peyğəmbər çağına ayid bir dəstan dır. Bu dəstanı aşıq müslüm 1350(1970) ci illərdə kaset üzərinə oxumuş ancaq hələlik kasetləri arşiv olmayan dəstanlardan biri sayılır. Dəstan məhəmməd rəzzaqı tərəfindən yazılı şəkildə qeyd olunubdur. Məsüm dəstanı 30 dəqiqə sürərkən aşıq müslümün 10 cü oturumu sona çatdı. Bu oturum (1388.09.10), (24.12.2009) gün ortadan sonra quruldu. http://ozanlardunyasi.blogfa.com/post-26.aspx
Van dan kişmirə əsən türkülər
Kasetə oxunmayan göyçək riza dəsta qeydə alındı
Ozanlardünyası: aşıq müslüm 9 cü oturumunu bitirdi. Bu oturum “göyçək riza” dəstanı üzərində qonuşuldu. Göyçək riza, qurbanı dönəmindən sonra “van” şəhərində yaşayan bir aşıq olmuşdur. Onunla çağdaş aşıqlardan “dədə yadigar” hindistanın kişmir şəhərinə getməli olur, kişmirdə “gülüstan” xanım qarşısında söz bilmədən, öyrəncilərilə birlikdə dostağa atılır. Göyçək riza onları dostaqdan buraxmaqiçin. Gülüstan xanımla deyişir. Bu dəstan aşıq müslüm tərəfindən kaset üzərinə oxunmayıbdır. Göyçək riza oturumu 29 dəqiqə sürərkən(24.11.2009 * 1388.09.03) quruldu. Bu dəstanın başqa varyantı aşıq izzət əzizi dən qeydə alınıbdır. http://ozanlardunyasi.blogfa.com/post-25.aspx
8 ci oturum
Gərgərli məmmət həmədanın şəhriyarında deyişmiş
Ozanlardunyası: aşıq müslüm: gərgərli məmmət, xəstə qasım la bir dönəmdə yaşamışdır. Bu dəstan gərgərlə həmədan arasında üz verir. Gərgərli məmmət həmədanın şəhriyar bölgəsində şazda xanımla deyişir. Bu diyişməni məmmət qazanıb, 39 aşıq dostaqdan buraxılır. Bu dəstanı1352-55 illərində aşıq müslüm iki kaset üzərinə oxuyubdur. Gərgərli məmmət dəstanı(1385/12/01* 20/02/2007) məmmət rəzzaqı tərəfindən yazıya geçərək səbt olunubdur. Dəstanın yenidən söylənməsi 1388 ci günəş ilinin qıro ayının 26 da(17/11/2009) 29 dəqiqə surdu. Bu oturum aşıq müslümün 8 ci oturumu sayılır. http://www.ozanlardunyasi.blogfa.com/post-22.aspx
Xan çoban oturumu
Xan çoban sevgilisinə çatdı
Ozanlardunyası: Aşıq müslümün 6 ci oturumu quruldu. Bu oturum qıro ayının 12 (03.11.2009) i aşıq müslümün evində 20 dəqiqə sürdü. Bu oturumda xan çoban dastanı üzərinə danışıldı. bu dəstan fəğfurla pəri xanımın sevgililih dəstanıdır. xan çoban dəstanı zənganda yayımlanan bayram(19) aylığında basılmışdır. http://ozanlardunyasi.blogfa.com/post-18.aspx
5 ci oturum
Kasetləri tapılmayan dılavər qasım bəlgəsəl oldu
Ozanlardunyası: aşıq müslüm: dılavər qasım dəstanını çoxlu aşıqlar bilməyirlər. Bu dəstan hərat və hindistanda üz verir. Dılavər qasım dəstanını aşıq müslüm 4 kaset üzürinə oxumuş. Ancaq indiyə kimi ələ keçirilməyib. Xondablı aşıq əbdullah!? Bu dəstanı aşıq müslümə öyrətmişdir. Aşıq müslüm od günü (1388.08.06), (28.10.2009) dılavər qasım ın dəstanını 30 dəqiqədə yenidən sazsız söylədi. http://ozanlardunyasi.blogfa.com/post-15.aspx
Tahir mirzə oturumu
Aşıq muhitlərində dəstan cığırları ortaq, şeirlər fərqlıdır
Ozanlardunyası: Aşıq Muslum Əsgəri: Tahir mirzə dəstanı bölgə baxımından zənganda üz vermiş və bizim dəstan başqalarına görə düzgün ola bilir. Tahir mirzənin dəstanını aşıq müslüm 33 dəqiqədə yenidən söylədi. Oturum 1388 ci günəş ilinin xəzəl ayının 28 (20.10.2009) i quruldu. Bu dəstan rudbar, tarım, xalxal və gilan bölgələrində üz verir. Başlanışda tahir mirzə sevgilisindən ayrılır. Sonunda həştər xan valısı mələk nisa nın yardımı ilə tahir zöhrəyə çatır. Bu dəstan 1350(1971) ci illərdə zənganda 6 kaset üzərinə qeyd olmuş indisə dədə qurqud ocağında arşiv olubdur. Bu 4 cü oturum sayılır. http://ozanlardunyasi.blogfa.com/post-14.aspx

